XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 14:32

Misir inqlabından 5 il keçir – [color=red] Puç olan ümidlər, asılı düşən ölkə

Misir-inqlabi.jpg

Bu gün 5 il əvvəl Misirdə, paytaxt Qahirədə 30 illik Hüsnü Mübarək hakimiyyətinə son qoyan və inqilabla nəticələnən xalq etirazlarının başlamasının ildönümü qeyd olunur. Hüsnü Mübarək iqtidarına qarşı başlayan etiraz aksiyaları paytaxt da daxil olmlaq, bütün ölkədə iki həftə davam etdi.

Hüsnü Mübarək istefa verdi. Parlament seçkilərində müxalif  “Müsəlman Qardaşları” Hərəkatının Müstəqillik və Ədalət Partiyası qalib gəldi. “Müsəlman Qardaşları” Hərəkatının lideri Məhəmməd Mursi isə prezident kürsüsünə əyləşdi. Mübarək ailəsinin sərvəti müsadirə edildi, özü və oğlu həbsə atıldı. Radikal islamçıları birləşdirən Nur Partiyası da seçkilərdə ikinci yeri tutdu. Beləliklə, parlamentdə yerlərin 70 faizinə dini partiyalar nəzarət etməyə başladı.

Mursi hökumətinin xarici siyasət kursu və ölkə daxilində dindarların mövqeyinin güclənməsinə hesablanmış addımlar atması ölkədə və kənarda birmənalı qarşılanmadı. Xüsusən, İsrailə qarşı sərt üslub, ərəb ölkələri ilə münasibətlərin gərginləşməsi Misirdə inqlabı dəstəkləyən ABŞ və digər Qərb ölkələrinin mövqeyini dəyişdi. Nəticədə Mursi hökuməti təkləndi.

Hakimiyyətə gəldikdən iki il sonra Mursi hərbçilər tərəfindən devrildi. Baş qərargah rəisi, general Sisi prezident seçildi və Qərb ölkələrinin dəstəyini aldı. Keçmiş prezident Mursi də daxil olmaqla “Müsəlman Qardaşları” Hərəkatının minlərlə üzvü həbs olundu. Məhkəmə Mursi barədə ölüm hökmü çıxardı.

Misir inqlabı öz hədəfinə çatdımı? Yalnız bir məsələdə “hə” cavabı vermək olar: Hüsnü Mübarək hakimiyyəti tarixə qovuşdu. Amma nə iqtisadi rifah, nə tərəqqi, nə də yaxşı güzəran əldə olunmadı… Əksinə, iqtisadi durum, Misirin regionda mövqeləri daha da zəiflədi, ölkə tam asılı vəziyyətə düşdü…

Strateq.az