ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının üzvlərinin çoxu Hillari Klintonun ən layiqli namizəd olacağını düşünür. CNN telekanalı CNN/Orc tərəfindən keçirilən sorğunun nəticələrinə görə, demokrataların prezidentliyə namizəd məsələsində daha çox Klintonu dəstəklədiyini açıqlayıb.
Qeydə alınmış demokrat seçicilərin 52%-i Hillari Klintonu dəstəklədiklərini deyiblər. Bununla belə keçmiş dövlət katibinin əsas rəqibi ilə arasındakı məsafə azalır. Belə ki, Berni Sanders də 38% səs alıb. Merilend ştatının keçmiş qubernatoru Martin Omelli 2 fazi səs qazana bilib.
H.Klintonu daha çox 50 yaşın üstündə olan qeyri-ağ dərili seçicilər və qadınlar dəstəkləyirlər. Daha gənc və varlılar isə Berni Sandersə səs veriblər.
Seçicilər hesab edirlər ki, H.Klinton xarici siyasətdən daha yaxşı baş çıxarır. B.Sanders isə iqtisadiyyat və səhiyyə məsələlərini yaxşı bilir.
Demokratların 71% hesab edir ki, H.Klintonun respublikaçı namizədi məğlub etmək şansı Sandersdən daha çoxdur.
Strateq.az