XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 05:45

Azərbaycanın ən böyük [color=red] vulkanlarından biri püskürüb

vulkan-palciq.jpg

Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb. 

Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilib ki, püskürmə bu gecə saat 03.00 radələrində  qeydə alınıb və səhər saatlarına qədər davam edib.

Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl – 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.

Strateq.az