XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 22:13

Belarus və Rusiya inteqrasiya üzrə sənədlər imzalayacaq- Bu tarixdə

putin-lukasenko.jpgİnteqrasiya üzrə proqram sənədləri Rusiya və Belarus prezidentləri tərəfindən dekabrda imzalanacaq.

Azərtac Belarus KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat naziri Dmitri Krutoy bəyan edib. O deyib ki, mübahisəli məsələlərin qalmasına baxmayaraq, sənədlər dekabrın 8-dək imzalanacaq.

Cari ilin fevralında Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunu üzrə bəyan etmişdi ki, onun dövlətinin suverenliklə bağlı problemi yoxdur.

Belarus Prezidenti vurğulayıb ki, onun ölkəsinin və Rusiya Federasiyasının birləşmə yolu ilə irəliləməsi bu ölkələrin xalqlarının buna nə dərəcədə hazır olmasından asılıdır.