XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 08:49

“İndi icra hakimiyyətləri daha fəal olmalıdır” – [color=red]Prezident banklara da mesaj verdi
 

"Tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik".

Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir:

"Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif gedir. Bu gün konfransın davamında bu məsələ geniş müzakirə olunmalıdır. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək".

Apa.az