Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsi başlanıb.
Strateq.az bidirir ki, Robert Uolterin (Britaniya) "Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik", Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin "Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər" hesabatlarını təqdim ediblər.
Markoviç suallara cavab verərəkən bildirib ki, ermənilər “işğal altında” olan sözünün çıxarılmasını təkid edirlər. Onun sözlərinə görə, bu termin beynəlxalq sənədlərdə ilk dəfə səslənmir.
Sənədin yenidən işlənməsi üçün komitəyə qaytarılması təklifi səsverməyə qoyulub və keçməyib. 83 nəfər parlamentari lehinə səs verib.
***
AŞPA-nın Siyasi məsələlər Komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb.