XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

08 Sentyabr 2019 - 15:53

CHP LİDERİNƏ YENƏ HÜCUM OLDU:"Bizi yolumuzdan döndərə bilməzlər" - VİDEO

Türkiyənin Aydın vilayətində CHP lideri Kamal Kılıçdaroğluna yenə hücum edilib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlu tərəfdarları qarşısında çıxış edərkən, azan oxunub və bu zaman o, çıxışını dayandırıb.

Həmin an mitinqdə olan  şəxslərdən biri tribunaya qalxaraq, Kılıçdaroğlunu yumurta atıb, onu vurmaq istəyib.

Onun CHP liderinə xəsarət yetirmək cəhdinin qarşısı alınıb.

Azandan sonra çıxışına davam edən Kılıçdaroğlu deyib ki, həmişə xalqın problemlərini səsləndirəndə, kimlərsə bundan narahat olur: “Ancaq heç kəs bizi yolumuzdan döndərə bilməz”.

Türkiyə mətbuatı hələlik hücum edənin şəxsiyyətini açıqlamasa da, onun işsiz biri olduğunu yazıb.

Xatırladaq ki, ötən il CHP liderinə Ankarada şəhid dəfnində də hücum olmuşdu. Həmin vaxt o, yumruqlanmışdı.