XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 12:13

“Bəs, bu bankların problemi necə olacaq?” – [color=red]Tanınmış iqtisadçıdan hökumətə açıq suallar

"Artıq bankların sayı 43-dən 38-ə endi. Proses yəqin davam edəcək, bağlanan və birləşən bankların hesabaına bankların yekun sayının 30-dan az olacağı ilə bağlı gözləntilər var". 

Strateq.az xəbər verir ki, bu sözləri bu gün "Yunayted Kredit Bank”la "NBC Bank” bağlanmasına münasibət bildirən tanınmış iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı bildirib ki, indi sıradan çıxan banklar problemli kreditlərinin böyük həcmdə olması, ümidsiz kreditlərin ümumi bprclarda payının yüksək olması, müştərilər qarşısında ödəmə qabiliyyətinin kəskin pisləşməsi fonunda müflisləşmə riskinin həddən artıq pisləşməsilə bağlıdır:

"Hesab edək ki, bu plan baş tutdu və say kəskin azaldı. Amma bir reallıq da var: Hətta indi bank sektorunun top 10-luğunda olan bankların hamısı ciddi problemlər içərisindədir. Beynəlxalq kredit agentlikləri onların hamısının reytinqini sabitdən neqativə dəyişdi. Uzunmüddətlə kredit reytinqi sürətlə defoltöncəki səviyyəyənin (C) sərhəd nöqtəsinə yaxınlaşır".  

Daha sonra Rövşən Ağayev hökumətə açıq suallar ünvanlayıb:

"Bəs, bu bankların problemi necə olacaq? Dəstək olmadan özlərini bu durumdan çıxara biləcəklərmi? Bilməyəcəklərsə, hansı dəstək mexanizmləri real görünür? İndiki qeyri-şəffaf bank mühiti şəraitində bu dəstək bank kapitalının yekun olaraq cəmi 1 iqtisadi qrupun əlində cəmlənməsinə səbəb olmayacaqmı? 

Əgər belə olacaqsa, bu, Azərbaycan üçün böhrandan çıxmaq üçün son şans olan rəqabətli biznes mühitinin yaradılması planlarının üzərindən bəri başdan qalın xətt çəkmək deyilmi?".

Strateq.az