XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 12:59

UNİSEF rəsmisi:"Anemiya uşağın fiziki quruluşuna deyil, idrakının inkişafına da təsir edir"

“Avropa və Mərkəzi Asiyada hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da ana və körpənin sağlamlığına birbaşa təsir göstərir”.

Bunu UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin unun effektiv zənginləşdirilməsi üçün potensialın artırılması üzrə keçirilən regional seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda dünyada 159 milyon uşaq qanazlığından əziyyət çəkir: “Eyni zamanda uşaqların çəkisinin həddindən artıq olması gələcəkdə sağlam həyat tərzi üçün ciddi təhlükələr yaradır. Bu, yalnız uşağın fiziki quruluşuna deyil, həm də onların idrakının inkişafına da təsir edir. Beləliklə onların növbəti mərhələlərində məhsuldarlıqlarına, həyat uzunluğuna və sözsüz ki, ölkələrə milyard dollarla ziyan vuran məsələdir. Avropa və Mərkəzi Asiya regionunda bu məsələlərlə gündəlik olaraq üzləşirik”.

O qeyd edib ki, təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir göstərir: “Anemiya uşaqların İQ (məntiqi düşünmə) qabiliyyətini də azaldır. Bu da hər adambaşına 2 dollar məhsuldarlığın itirilməsi deməkdir. Həmçinin adambaşına düşən təhsil xərclərində 14 dollara başa gəlir. Biz bu məsələni həll etməliyik. Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub”. (report)