XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 17:12

Peşə Təhsili üzrə Dövlət Agentliyində Apellyasiya Komissiyası yaradılır –Təhsil Nazirliyi

Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, vətəndaşlar Apellyasiya Komissiyasına sentyabrın 11-13-də saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust – 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı sentyabrın 10-dək davam edəcək.