XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 Sentyabr 2019 - 17:47

“Aqrolizinq”in sədri:"10-12 gündən sonra pambıq yığımına başlanılacaq"

“Azərbaycanda pambıq yığımına hazırlıqla bağlı son işlər gedir”

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC- nin sədri Elmin Rəhmanov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yığımdan əvvəl məhsulun toolanacağı sahələrdə defolyasiya işləri aparılır: “Pambıq kollarındakı yarpaqların tökülməsi üçün defolyant vurulur, 10-12 gündən sonra isə pambıqyığan kombaynlar işə başlayacaq”.

Xatırladaq ki, ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123-ü Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin, 288-i isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq”in rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur.

Bu il Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur.