XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 19:59

Avropa Komissiyası sədri avrokomissarların siyahısı layihəsini təsdiqləyib

Avropa Komissiyasının (AK) yeni seçilmiş sədri Ursula fon der Lyayen Avropa İttifaqı Şurası tərəfindən ona təqdim edilmiş AK üzvlərinin siyahısı layihəsinə razılıq verib.

Bu barədə AK-nın Mətbuat xidmətinin kommünikesində deyilir.

Fon der Lyayenin sabah rəsmi olaraq AK üzvləri arasında portfel bölgüsünü edəcəyini və növbəti Avropa Komissiyasının işini necə təşkil etmək niyyətində olduğunu açıqlayacağı gözlənilir.

AK-da Aİ-nin hazırkı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin İspaniyadan olan namizəd Jozep Borrel ilə əvəz ediləcəyi gözlənilir.

Həmçinin qeyd olunur ki, AK-nın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ikinci müddətə fəaliyyətini davam etdirəcək.

AK-nın yeni heyətində Böyük Britaniya olmadan 27 ölkə təmsil olunub. (report)