XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 18:57

“Bəzi nazirliklərin birləşdirilməsi və ləğvi gündəmdədir” [color=red]- Deputat bir daha islahat anonsu verdi

 

"Müxtəlif hökümət qurumlarının fəaliyyətinin birləşdirilməsi və bəzi nazirliklərin ləğvi gündəmdədir".

Bu sözləri Milli Məclisin üzvü deputat Zahid Oruc deyib.

Zahid Orucun sözlərinə görə, ilin sonuna kimi bu islahatların tam xronikasını izləyə biləcəyik: "Yanvarın 10-da və 18-də olan müşavirələrdə də ölkə başçısı həyata keçriləcək irimiqyaslı islahatların anonsunu verdi. Bu istiqamətdə də bir sıra addımlar atılmaqdadı. Hətta preizdent Davos formunda da qeyd etdi ki, yaranmış vəziyyət bizə islahatları sürətləndirmək üçün bir şərait yaradıb.

Müxtəlif hökümət qurumlarının fəaliyyətinin birləşdirilməsi və hansısa nazirliyin ləğvi gündəmdədi. Bunu bir daha dövlət başçısının söylədiyi fikirlərə əsaslanıb demək olar. O cümlədən başlıca məsələ təkcə strukturların ləğvi deyil, kütləvi məmurlaşma olan sahələrdə islahatların aparılmasıdı və idarə sisteminin dəyişdirilməsidi. 

Kommunal sferada, neft sektorunda, nəqliyyat daşınmalarında və sair sahələrdə bütövlükdə dövlət idarəçiliyi tətbiq olunan yerlərdə də özəlləşmənin həyata keçrilməsi nəzərdə tutulur. Təkcə AZAL-ın özəlləşməsi müəyyən vəsaitlərin büdcəyə gəlməsinə imkan yaradıb. Bu, əlbəttə, bir komponentdi ki, büdcəyə əlavə gəlirlərə səbəb olur. İkinci tərəfdən dövlət vəsaiti ora yönəlmir.

Üçüncüsü isə oradakı rəqabət vergi ödəmələrinə səbəb olur ki, dövlət özəlləşmədən gələcəkdə uduşla çıxır".

Deputat qeyd edib ki, enerji sektorunda vaxtilə "Barmek" təcrübəsi tətbiq olunub: "Düzdür, bu, özəlləşmə deyildi, konkret müqavilə şərtləri ilə idarəetmə idi. Lakin "Barmek"in məlum səhvləri və cinayətləri fonunda bu təcrübədən imtina olundu. Dünyada çox yaxşı işləyən modellər var. Onları bizdə də tətbiq etmək olar. Bununla da dövlətin külli miqdarda maliyə qoyuluşlarına qənaət etmək olar. Prezidentin bir daha növbəti dövr üçün bütün icra orqanlarını, sahibkarları və dövlət strukturlarını bura dəvət etməsinin başlıca səbəbi odur ki, Azərbaycan 2016-cı ili islahatlar ili kimi qeyd etməyə hazırlaşır. Bu işdə Azərbaycanın hər bir vətəndaşı prezidentin yanındadır. Çünki məmur sayının azaldılması iş yerlərinin açılmasına, idxal və ixracdakı şəffaflığa təsir edəcək. Bunların hamsı Azərbaycanda fərqli bir iqtisadi dövr qərarı deməkdi. Bu bizi hər gün neftin qiymətini izləmək məhkumluğundan azad edəcək".

Qaynar.info