XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2019 - 16:37

Deputatlar növbədənkənar seçki tələbinə “yox” dedi –Conson səsvermədən sonra müxalifləri təhdid etdi

İngiltərə parlamenti Baş nazir Boris Consonun növbədənkənar seçki təklifini növbəti dəfə qəbul etməyib.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, növbədənkənar seçki tələbi ilə bağlı bu gün səsvermə keçirilib.

434 deputat  Consonun oktyabrın 15-də erkən seçki keçirilməsi haqda tələbinə “yox” cavabı verib.

293 deputat isə Baş Nazirə dəstək verib.

Bu nəticədən sonra Conson növbədənkənar seçkiləri təmin etmək üçün qanuni tədbirlər görəcəyini bəyan edib. Amma o, bundan sonra hansı addım atacağı haqda fikirini açıqlamayıb.

Strateq.az