XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

26 Yanvar 2016 - 21:02

“Yenilənmiş Madrid prinsipləri ATƏT-in Baş katibinə təqdim olunub” – [color=red]Rəsmi Bakıdan Lavrova cavab

"Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar həmsədrlərin hazırladığı yenilənmiş Madrid prinsipləri 2010-cu ildə ATƏT-in Baş katibinə saxlanma üçün təqdim olunub".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hacıyev qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi üçün irəli sürülən ideyalar arasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun da təklifləri vardır. Bildirilib ki, bu təkliflərin müzakirəsi üçün S.Lavrov Azərbaycana və Ermənistana səfərlər edib, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə müzakirələr aparıb.

Hacıyevin sözlərinə görə, bu xüsusda, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Moskvaya səfər edib.

Xaırladaq ki, Rusiyanın Xarici İşlər naziri yanvarın 26-da Moskvada mətbuat konfransı zamanı münaqişə ilə bağlı sənədlərin ATƏT-in baş katibinə verildiyini və münaqişənin həlli ilə əlaqədar digər sənədlərin olmadığını bildirib(Virtualaz.org).