XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 16:45

Ombudsmandan Dağlıq Qarabağla bağlı AŞPA-ya çağırış:"Daha konkret addımlar görmək istərdik”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının qərarlarının icrası istiqamətində daha konkret addımlar görmək istərdik”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda keçirilən Avropa Şurasının 70 illik yubileyi münasibətilə keçirilən “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” konfransında deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasının strukturlarının qərarların icrası üçün daha konkret planlar görmək istərdim. Çünki sülh olmadan davamlı inkişaf da olmaz”, – E. Süleymanova bildirib.

O, həmçinin AŞPA-nın BMT TŞ-nin 4 qətnaməsinə istinad edən 1416 saylı qətnaməsini xatırladıb.

Ombudsman qeyd edib ki, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşdirilməsində vacib rol oynayıb. /APA