XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2015 - 11:23

Azərbaycanın BMT-dəki Cenevrə ofisininin Şuşa ilə bağlı BƏYANATI

BMT.jpg

“Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu və qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyü və suverenliyi uğrunda həyata keçirməyə vadar ola biləcəyi istənilən fəaliyyətin məsuliyyəti tamamilə Ermənistan Respublikasının üzərinə düşür”.

Bu barədə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin Şuşanın işğalının 23-cü ildönümü ilə bağlı yaydığı mətbuat açıqlamasında deyilir. (APA)

Açıqlamada bildirilir ki, işğaldan 23 il keçməsinə baxmayaraq,BMT-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını tərk etməsi tələbinin əks olunduğu qətnamələri yerinə yetirilməyib: “Azərbaycan Respublikası əmindir ki, Cənubi Qafqazda uzunmüddətli sülh, təhlükəsizlik və stabillik üçün Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalı başa çatdırılmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları ilə bağlı müstəsna hüquları tanınmalı və təmin edilməlidir”.