XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 14:37

Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir –BMT

“Azərbaycan hökuməti miqrasiya sahəsində böyük uğurlara imza atıb”.

Bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin sədri vəzifəsini icra edən Can Ünver deyib.

Onun sözlərinə görə, Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir.

C.Ünver əlavə edib ki, bu gün miqrasiya dünyadakı qlobal problemlərdən biridir: “Bu, dünya dövlətlərinə təsirsiz ötüşmür. Milyonlarla insan daha yaxşı həyat yaşamaq üçün bir ölkədən digərinə köç etməkdədir. Amma onlar təyinat ölkəsinə getdikdən sonra da orada çoxsaylı problemlərlə üzləşirlər. Bu stuasiya onları daha da həssas qruplara daxil edir. Əfsuslar olsun ki, onlar belə bir arzuounmaz stuasiyada müdafiə olunmaq gücündə olmurlar. BMT də bu problemlərin həlli üçün ciddi cəhdlər göstərir”. (report)