XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

13 Sentyabr 2019 - 17:39

Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi –Səbəb

Dərs ilinin başlaması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK), xüsusilə də Nəqliyyat Qovşağı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

BBAK-dan Trend-ə verilən məlumata görə, Nəqliyyat Qovşağı nəqliyyat vasitələrinin ümumi gəliş nöqtəsidir və yay fəslinin sona çatması, yeni dərs ilinin başlaması ilə əlaqədar regionlardan paytaxta səfər edənlərin sayı üstünlük təşkil edir. Gəncə, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Bərdə və Tərtər istiqamətlərindən paytaxta gələnlərin sayı daha çoxdur. Nəqliyyat Qovşağında gələn sərnişinlərin rahatlığının təmin olunması məqsədilə nəzarət gücləndirilib.

Həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərdən gələn sərnişinlər burada tam rahat şəkildə şəhər nəqliyyatından, taksi xidmətindən, eyni zamanda, yaxınlarını qarşılamaq üçün gələnlər burada parkinq xidmətindən istifadə edə bilərlər. Nəqliyyat Qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb.

Hazırda şəhərlərarası istiqamətlərə səfər edənlərin sayında azalma müşahidə olunur. Belə ki, gün ərzində şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edənlərin sayı 7-8 min arasında dəyişir. Sentyabrın ilk 10 günü ərzində ümumilikdə 85 min 402 sərnişin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edib. Onlardan 75 min 204 sərnişin şəhərlərarası, 10 min 198 sərnişin isə beynəlxalq reyslərlə səfərini təmin edib.