XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

13 Sentyabr 2019 - 18:27

Bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilib –MSK

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar MSK-nın 29 may 2019-cu il tarixli iclas protokolunun təsdiq edilməsi, MSK-nın bəzi normativ xarakterli aktlarına dair, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsidir.

İclasda 37 saylı Nizami birinci (Gəncə) , 16 saylı Yasamal ikinci, 108 saylı Ağstafa , 4 saylı Naxçıvan, 71 saylı Masallı kənd, 83 saylı Ağcabədi-Füzuli seçki dairələrinin tərkibində dəyişiklik olunub.

İclasın gündəliyinə çıxarılan məsələlər səsverməyə qoyularaq qəbul edilib. (apa)