XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 18:24

Netanyahu BMT baş katibini [color=red]terroru dəstəkləməkdə ittiham etdi

İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş katibi Pan Gi Munu terroru dəstəkləməkdə ittiham edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Daily Mail» məlumat yayıb.

İttihama Baş katibin İsrail əleyhinə səsləndirdiyi fikirlər səbəb olub. Pan Gi Mun bildirib ki, fələstinlilərin israillilərə qarşı çıxması əzilən xalq olmaları ilə bağlıdır: «Fələstinlilərin bu narazılığının kökündə yarım əsrlik işğal və sülh prosesinin iflic vəziyyətə düşməsi dayanır».

Pan Gi Mun onu da qeyd edib ki, İsrail müstəqil Fələstin dövlətinin yaradılmasında maraqlı deyil. Üstəlik Tel-Əviv hər fürsətdə fələstinliləri yəhudiləri öldürməklə ittiham edir.

Netanyahu hesab edir ki, Baş katib bu sözləri ilə terrora haqq qazandırıb: "Terrora heç bir halda bəraət qazandırmaq olmaz".

İsrail-Fələstin münasibətləri son olaraq ötən ilin sonlarında korlanıb. Oktyabr ayından bu yana baş verən qarşıdurmalarda 159 fələstinli, 25 israilli həyatını itirib.