XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 18:52

Fransalı nazirdən azərbaycanlı həmkarlarına [color=red] ibrət dərsi

İndiyə qədər “talana son” dedikləri üçün həbsxanalarda neçə gəncimiz azad olunacaqları günü gözləyirlər, onların şikayət ərizələri isə apellyasiya məhkəmələrindən geri qaytarılır. Baxmayaraq ki, son onilliklər ərzində ölkənin talan olunması rəsmən təsdiqlənib, bir sıra nazirlər məcburən istefaya göndərilib. Azərbaycan hüquq sistemi isə hələ də düşməni müxalifət sıralarında axtarır.

Bəs, görəsən, rəsmi mətbuat orqanlarının insan hüquqlarını pozmaqda günahlandırdığı Qərbdə vəziyyət necədir?

Bu gün Fransa barədə yayılan bir informasiya bir tərəfdən rəsmilərimizə haqq qazandırır, digər tərəfdən isə hüquq adamlarımıza, nazirlərimizə əsl ibrət dərsi verir.

Strateq.az xəbər verir ki, Fransanın Ədliyyə naziri xanım Kristina Taubira bu gün istefa verib. Nazir istefasının səbəbini təmsil olunduğu kabinetlə aralarındakı fikir ayrılığıyla izah edib.

Taubira istefasının prezident Fransua Olland tərəfindən qəbul edilməsinin ardından mətbuat konfransı keçirərək atdığı addımın səbəblərinə aydınlıq gətirib. O, istefasının səbəbini ''vətəndaşlıqdan çıxarılma ilə bağlı konstitusiya dəyişikliyi”nin insan hüquqlarıyla bir araya sığmaması ilə izah edib.

''Fransa əvvəlcədən müəyyənləşdirilməsi çətin və ciddi bir terror təhdidi ilə qarşı-qarşıya ola bilər''– deyən xanım nazir bununla belə terrorla insan hüquqları çərçivəsində mübarizə aparmağın vacibliyinə toxunub. Taubira həmçinin "hərbi, diplomatik, siyasi və hətta simvolik belə olsa, bir zəfər qazanmaq adına respublikaçılıq dəyərlərinə xəyanət edilməməsi və güzəştə gedilməməsinin lüzumuna inandığını” deyib.

Bundan əvvəl isə Kristina Taubria sosial şəbəkələrdəki səhifələrində "Mübarizə bəzən qalaraq, bəzən gedərək aparılır, özümə və cəmiyyətə qarşı dürüst qalmaq istəyirəm'' yazaraq istefasını ictimaiyyətlə bölüşmüşdü.

Qeyd edək ki, Taubira məlum konstitusiya dəyişikliyini işlənməmiş cinayətə, yaxud adi bir şübhəyə görə, kimisə vətəndaşlıqdan məhrum etmək və cəzalandırmaq kimi qiymətləndirir və ona qarşı çıxırdı.

Fransadan Azərbaycana baxanda isə yazdığı və çap belə etdirmədiyi məqaləsinə görə illərlə məhbəs həyatı yaşayan gənclərin məmləkətini görür, üzülürsən.

Heydər