XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2019 - 21:30

S400-lərin Türkiyəyə göndərilməsinin ikinci mərhələsi başa çatıb –Rusiya MN

Rusiya “S-400” zenit raket komplekslərininin Türkiyəyə göndərilməsininin ikinci mərhələsini başa çatdırıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 15-də RF Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasına məxsus təyyarələr müqavilə öhdəliklərinin həyata keçirilməsi çərçivəsində komplekslərin Türkiyəyə çatdırılmasının ikinci mərhələsini başa vurublar.

Nazirlikdən o da bildirilib ki, “S-400” zenit raket komplekslərinin komponentlərinin Türkiyəyə çatdırılması Türkiyə tərəfi ilə bağlanmış müqavilənin şərtlərinə və tərəflərin müddətlə bağlı razılığına uygun həyata keçirilib. /APA