XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 07:49

Otel biznesi ilə məşğul olan məşhurlar[color=red] – FOTOLAR

Dünyanın ayrı-ayrı ölkələrində bahalı və dəbdəbəsi ilə gözqamaşdıran otellərin bir qismi də məşhurlara məxsusdur.

Strateq.az xarici mətbuata istinadən həmin otellərin fotolarını və sahibləri barədə məlumatları təqdim edir.

 «Palazzo Versace» adlı bu otel məşhur modelyer Donatella Versaçeyə məxsusdur və Avstraliyada yerləşir. 

«Gwinganna Health Retreat» – Avstraliyada yerləşir və sahibi tanınmış aktyor Xyu Cekmandır.

«Ariel Sands» – Maykl Duqlas və Ketrin Zeta-Cons cütlüyü Bermud adalarındakı bu lüks otelin sahibdir. 

«The Cromlix» – Dünyanın ikinci ən yaxşı tennisçisi sayılan Endi Myurreyin bu oteli Şotlandiyada yerləşir. 

 «The Clarence Hotel» – «U2»nin vokalçısı Bono qrupdakı yoldaşı Eclə birgə Dublindəki bu otelin sahibidir. 

«Blackadore Caye» – Məşhur aktyor Leonardo Di Kaprionun bu eko-oteli 2018-ci ildə istifadəyə veriləcək. 

«The Cypress Inn» – Hollivudun veteran aktrisası Doris Dey Sakit okeanın sahillərində yerləşən bu otelin sahibdir. 

«Palazzo Margherita» – Tanınmış rejissor və biznesmen Frgnsis Ford Koppolun İtaliyadakı oteli. Koppolun Avropanın 5 ayrı ölkəsində otelləri var – «Blancaneaux Lodge», «Turtle Inn», «La Lancha», «Jardin Escondido».

«Sandens» – Amerikalı aktyor Robert Redfordun Timpanoqos dağlarında yerləşən oteli.

«Mission Ranch Hotel» – Hollivudun baş kovboyu sayılan Klint İstfuda məxsus otel.

«Terrace Beach Resort» – «Beverli-Hillz»in qəhrəmanı Ceyson Pristliyə məxsus bu otel  Kanada meşələrində yerləşir. 

«Greenwich Hotel» – Amerikalı rejissor, aktyor Robert De Nironun Nyu-Yorkda yerləşən oteli. 

«The Bedford Post Inn» – Məşhur aktyor Riçard Girin oteli. Otel Nyu-Yorkun Bedford bölgəsində yerləşir.