XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 10:49

Balakəndə naməlum xəstəlik yayılıb? –Nazirlikdən "belə bir hadisə yoxdur" deyir

Səhiyyə Nazirliyi Balakəndə naməlum xəstəlik yayılması haqqında dolaşan xəbərlərə reaksiya verib.

Strateq.az xəbər verir ki, nazirlik sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatların doğru olmadığını açıqlayıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb: “Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb”.