XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 11:36

AMEA-da daha bir yığıncaq:3 direktor yenidən vəzifələrinə seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) Ümumi yığıncağı keçirilib.

Akademiyadan Strateq.az-a verilən məlumata görə, öncə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İEB-in gündəliyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti Ümumi yığıncaqda bölməyə daxil olan akademik Ziya Bünyadov adına Şərqşü­naslıq İnstitutu, Fəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilərin keçiriləcəyini vurğulayıb. Namizədlərin öz fərqli və qabaqcıl elmi araşdırmaları ilə seçildiyini deyən akademik İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna seçkilərin institutların elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində olduğunu nəzərə çatdırıb, nəticələrin İctimai Elmlər Bölməsinə daxil olduğunu xatırladıb.

Ümumi yığıncaqda akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.

Səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva akademik Ziya Bünyadov adına Şərqşü­naslıq İnstitutu, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutu və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.

Səsvermədə bölmə üzrə 24 nəfər həqiqi və müxbir üzvdən 17-si iştirak edib, 11 müxbir üzv yekdilliklə lehinə səs verib.