XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 10:20

Rusiya təyyarəsinə bombanı kimin yerləşdirdiyi [color=red]məlum oldu

Oktyabrın 31-də Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan və havaya qalxdıqdan az sonra qəzaya uğrayan Rusiya təyyarəsinə bomba yerləşdirən şəxsin kimliyi məlum olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 224 sərnişinin ölümünə səbəb olan bombanı təyyarənin göyərtəsinə Şarm əl-Şeyx aeroportunun əməkdaşı yerləşdirib.

Yükdaşıyan olduğu bildirilən həmin şəxs işə hadisədən bir müddət əvvəl düzəlibmiş. O, sərnişinlərin yüklərinin yerləşdirilməsinə cavabdeh idi və göyərtəyə girmək imkanı vardı.

Bombanı yüklərdən birinin içinə qoyduqdan sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb və ölkəni tərk edib. Sonradan onun Türkiyədə olduğu üzə çıxıb.

Rusiya və Misirin xüsusi xidmət orqanları iş üzrə ümumilikdə 6 şübhəli şəxsin olduğunu bildirirlər.