“2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılıb”.
Bu barədə bu gün keçirilən mətbuat konfransında Maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: "Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir".
S.Şərifov əlavə edib ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur.
APA