XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 17:13

Sabahdan Gürcüstandan Azərbaycana heyvan idxalı rəsmən qadağan ediləcək -[color=red] Rəsmi

Sabahdan Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək. 

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. 

Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayılmasıdır:

"Artıq bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində məlumat var, sabah da Ümumdünya Heyvanların Sağlamlığı Mühafizə Təşkilatından rəsmi məlumat daxil olacaq. Bununla əlaqədar sabah kənd təsərrüfatı nazirinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq". 

APA