XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 11:50

Münaqişə zonalarında 29 milyondan çox uşaq doğulub –UNICEF

Ötən il dünyada münaqişə zonalarında 29 milyondan çox uşaq doğulub.

Bu rəqəm Əfqanıstanı, Somalini, Cənubi Sudanı, Suriya və Yəməni əhatələyir. Bu haqda BMT-nin uşaq fondu UNICEF hesabat yayıb.

Sentyabrın 20-də açıqlanmış hesabatda deyilir ki, bu statistika ötən il doğulmuş hər beş körpədən birinin həyatlarının ilk anlarını “münaqişə xaosunda, dərindən təhlükəsiz, yüksək stressli mühitdə” keçirdiyini bildirir.

“Hər bir valideyn körpəsinin ilk anlarını əzizləyə bilməlidir, ancaq münaqişə zonasında yaşayan milyonlarla ailə üçün reallıq xeyli tutqundur”, – UNICEF-in İcraçı direktoru Henrietta For deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə zorakı münaqişə valideynlər və körpələri üçün vacib xidmətlərə çıxışı kəskin məhdudlaşdırır.

UNICEF-in Yəməndə çalışan əməkdaşının sözlərinə görə, “gördüyümüz uşaqların bəziləri qorxudan saatlarla titrəyir. Onlar yatmırlar. Onların inildəməsini eşidirsiniz, bu, adi ağlamaq deyil, soyuq, zəif iniltidir”.

Yəməndə vətəndaş müharibəsində minlərlə dinc sakin öldürülüb, ərzaq, tibbi ləvazimat qıtlığı yaranıb.

2015-ci ildə Səudiyyənin rəhbərlik etdiyi sünni müsəlman ölkələri koalisiyası beynəlxalq səviyyədə tanınmış hökuməti bərpa etmək məqsədilə ölkəyə müdaxilə edib. Hökumət 2014-cü ildə İranın dəstəklədiyi şiə husilər tərəfindən devrilib. (azadliq.org)