XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 18:03

Qafqazda Amerika ordusu? – [color=red]ABŞ Avropada hərbi planını açıqladı, Rusiya qıcıqlandı

ABŞ-ın Avropadakı Silahli Qüvvələrinin komandanlığı Vaşinqtonun qitədə yenilənmiş hərbi strategiyasını elan edib.

Yayılan sənəddə vəziyyətə təzə baxış və yeni hədəflər əksini tapıb. Həmçinin, son 3-5 illik təhlillərin sonucu kimi, 6 prioritet açıqlanıb. 

Birinci yerdə komandanlıq “Rusiya təcavüzünün önlənməsi”ni qoyub. Qalan 5 prioritet özündə NATO-nun hərbi-siyasi blok olaraq möhkəmlənməsini, ABŞ-ın strateji tərəfdaşlarının saxlanmasını, transmilli hədələrə müqaviməti, habelə hərbi qüvvə yerləşdirilməsi və hazırlığın təminatını, həlledici münasibətlərdə fokuslanmanı ehtiva edir. 

“Şərqdə və şimalda narahatlıq üçün əsas amil Rusiyadır – o Rusiya ki, Şərqi Avropada öz aqressivliyini artırıb və Arktikanı da hərbiləşdirməkdədir. Rusiya regionda qeyri-sabitlik yayır ki, bu da təhlükəsizliyin birgə təminatı imkanlarını süpürüb atır”, – deyə sənəddə bildirilir.

Amerika hərbi kontingentinin yeni strategiyasını şərh edən Rusiya Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti, politoloq Konstantin Sivkov bunları deyib: “Praktik planda bu, özünü onda göstərəcək ki, ABŞ əvvəllər onun nəzarət dairəsinə daxil olmayan dövlətlərdə də yeni bazalar yaratmağa çalışacaq”. 

Onun sözlərinə görə, ilk növbədə Gürcüstanda hərbi bazanın peyda olmasını gözləmək lazımdır. “Daha geniş planda isə Vaşinqton Azərbaycandan tələb edəcək ki, o da öz ərazisində amerikalı hərbçiləri qəbul eləsin”.

Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev da yeni sənəddən narahatlığını ifadə edib: “Rusiyanın təhlükə kəsb eləməsi və aqressiv olması barədə versiyalar – ədalətsiz rəqabətdən doğan təzahürdən başqa bir şey deyil. Görünür, potensial müttəfiqlərimizi Rusiyanın özünə münasibətdə də maksimal şəkildə antaqonistləşdirmək, Rusiyanı şər imperiyası kimi təqdim eləmək lazımdır”

Musavat.com