XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2019 - 09:57

İran Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib- Açıqlama

İranın Mərkəzi Bankına qarşı təkrar sanksiyanın tətbiq edilməsi ABŞ-ın acizliyini göstərir.

Bu sözləri İranın Mərkəzi Bankının İdarə Heyətinin sədri Əbdülnasir Himməti deyib. O bildirib ki, təkrar sanksiya tətbiqi ABŞ-ın İrana qarşı ata biləcəyi addımın qalmadığını göstərir. Əlacsız qalan ABŞ məmurları təkrar sanksiya tətbiq etməkdən başqa bir iş görə bilmirlər.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaların sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən İranın Mərkəzi Bankı sanksiyalar siyahısına düşüb. Halbuki İranın Mərkəzi Bankının adı ötən ildən sanksiya tətbiq edilənlər siyahısındadır(azərtac).