XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2019 - 10:01

“Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq”- Nazirlikdən xəbərdarlıq

Sentyabrın 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azərtac-a bildirib ki, güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşın saxlamasınlar. Uşaqları küləkli havada həyətə nəzarətsiz buraxmasınlar. Bir daha əhalini ehtiyatlı olmağa çağırırıq.