XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2019 - 10:10

ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi –FOTO

ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Nyu-Yorkda hərəkətini məhdudlaşdırıb.

Bu barədə XİN rəhbərinin müavini Abbas Arakçi “Twitter” səhifəsində xəbər verib.

“Amerika vizası ona (Zərifə) telestudiyaya getməyə imkan vermir, buna görə studiya İranın Nyu-Yorkdakı missiyasına gəlib”, — deyə o yazıb.

Arakçinin postuna İranın xarici işlər nazirinin CBS “Face The Nation” proqramının müxbirlərinə müsahibə verdiyi şəkil də birləşdirilib. /Oxu.az