XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 08:07

“Biz bunun öhdəsindən gələcəyik” – [color=red]Nazarbayevdan neft açıqlaması

"Neftin qiymətlərinin həddən artıq düşməsi bəlkə də yaxşı haldır".

Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev öz partiyasının növbəti iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, hökumət neftin qiymətinin düşməsi ilə bağlı tədbirlər görəcək:

“Əgər biz 1998-ci ili xatırlasaq, neftin qiymətinin 8,5 dollar olduğunu görərik. Sonradan onilliklər ərzində neft 130 dollara qədər bahalaşdı. İndi yenidən düşməyə başlayıb. Biz sadəcə xatırlamalıyıq ki, artıq yarım ildir neft 30 dollardır və biz bu şəraitdə yaşamımızı davam etdiririk. İndiyə qədərsə heç nə baş verməyib. Biz bunun öhdəsindən gələcəyik. Sadəcə, buna öyrəşmək lazımdır. Bəlkə belə daha yaxşı imiş”.

Axar.az