XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 18:11

“Azərbaycanın Türk Şurasının zirvə görüşünü yüksək səviyyədə təşkil edəcəyinə əminəm” –Baş katib

Cari il oktyabrın 15-də Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçıları VII zirvə görüşünə ev sahibliyi edəcək. Bundan bir gün əvvəl isəı Türk Şurası Xarici İşlər Nazirləri Şurasının toplantısı baş tutacaq. 

Bu barədə Türk Şurasının baş katibi Bağdad Amreyev məlumat verib.

Onun sözlərinə görə, Türk Şurasının on il əvvəl məhz Türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderliyi ilə onun doğulduğu Naxçıvanda təsis edilməsi xüsusi əhəmiyyət daşıyır: “Bu baxımdan, Türk Şurasının yaradılmasının 10 illiyi münasibətilə keçirilən zirvə görüşünə Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil. Əminəm ki, bu tədbiri də Azərbaycan yüksək səviyyədə təşkil edəcək”.

B.Amreyev bildirib ki, türkdilli ölkələrin dövlət və hökumət başçılarının qatılacağı zirvə görüşü Heydər Əliyev mərkəzində baş tutacaq: “Hazırda tədbirə son hazırlıqlar gedir və bu il ilk dəfə olaraq Özbəkistan prezidenti də zirvə görüşündə iştirak edəcək. Bundan başqa, Macarıstan da toplantıya müşahidəçi qismində qatılacaq”.

Baş katib deyib ki, zirvə görüşündə Türk dünyasını narahat edən problemlər başda olmaqla siyasi, iqtisadi, ticari, energetika, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq və böyük layihələrin müzakirəsi nəzərdə tutulub. (Report)