XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 09:35

“Əgər broker institutunu ləğv etsək…” – [color=red]Aydın Əliyev gömrük brokerlərini müdafiə etdi

"Bəzən gömrük brokerlərini monopoliya ilə əlaqələndirirlər. Belə iddialar əsassızdır".

Strateq.az marja-ya istinadən bildirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib:

"Gömrük Məcəlləsi ilə belə bir institut Azərbaycanda mövcuddur. Bunu heç kim ləğv edə bilməz. Əgər broker institutunu ləğv etsək, xarici ictimaiyyət bizi səhv başa düşə bilər. Brokerlər xidmət göstərmək üçün mövcuddurlar. Həmçinin biz fiziki və hüquqi şəxslərə rəsmiləşdirmə üçün birbaşa gömrük idarələrinə də müraciət etməyi məsləhət görürük".