XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2019 - 19:15

Bakıda “Qafqaz Qartalı – 2019” birgə təliminin açılış mərasimi olub –VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı – 2019” birgə təlimi başlayıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.