XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 09:52

“Qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaq” – [color=red]Gürcüstanla Azərbaycan razılaşdı

SOCAR Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparıb.

Strateq.az xəbər verir ki, bununla bağlı SOCAR rəsmi məlumat yayıb.

Bildirilib ki, “Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edib: "Razılığa əsasən, qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaq.

Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır”.

Strateq.az