XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2016 - 10:23

Aydın Əliyev Gömrük Komitəsinin digər quruma birləşdiriləcəyi xəbərinə belə reaksiya verdi – [color=red]Açıqlama

"Dövlət başçısı və ya hökumət gömrük orqanlarının funksiyalarını necə görürsə, elə də fəaliyyət göstərəcək".

Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) hansısa digər quruma birləşdirilə biləcəyi barədə son vaxtlar yayılan məlumatlara münasibət bildirərkən deyib.

DGK sədri bildirib ki, Azərbaycanda gömrük xidməti müstəqil olub:

“Elə ölkələr var ki, gömrük orqanları Maliyyə Nazirliyinin, bəzi ölkələrdə isə iqtisadiyyatla bağlı nazirliyin tərkibindədir. ABŞ-da isə qeyri-adi olaraq gömrük və sərhəd funksiyalarını yerinə yetirən təşkilatlar birləşdirilərək bir quruma verilib. Azərbaycan, Rusiya və digər MDB ölkələrində isə gömrük orqanları müstəqil fəaliyyət göstərir.

1992-ci ildən Azərbaycan Dövlət Gömrük Komitəsi nazirlik səviyyəsində fəaliyyət göstərir. Subyektiv fikrim budur ki, zaman müstəqil fəaliyyət göstərən strukturun daha çox inkişaf etdiyini göstərir".

APA