XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 09:40

Polis əməkdaşlarının peşə hazırlığı diqqət mərkəzindədir –BŞBPİ

“İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının – hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə polis işçilərinin bilik və bacarıqlarının artırılması üçün müntəzəm olaraq, metodiki-təlim seminar dərsləri keçirilir. Dərslərdə cəmiyyət tərəfindən polislərin davranışında qəbul olunan və olunmayan dəyərlər, qanunvericiliyin tələbləri izah olunur.

E.Hacıyev əlavə edib ki, polisin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq, vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər, müraciətlər ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə əməkdaşlarımızın tədris prosesinə yönəldilir.