XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 13:08

Vurğun Əyyub vəfat etdi –Keçmiş TQDK sədri Hövsanda dəfn olunacaq

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub bu gün vəfat edib.

Strateq.az xəbər verir ki, o, günorta saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, V.Əyyub uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. İki gün əvvəl isə komaya düşmüşdü…

Mərhum bu gün saat 16:00 radələrində Hövsan qəsəbəsi yaxınlığındakı “Dədə Qorqud” qəbiristanlığında dəfn olunacaq.

Yaxınlarının məlumatına görə, Vurğun Əyyub Xətai rayonu İlqar Zülfüqarov 29/42a ünvanından son mənzilə yola salınacaq.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. O, 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin sədri olub. Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə sovet məkanında ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib.

Allah rəhmət eləsin!