XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 11:21

“Türkiyə və Rusiya Suriyada müharibəyə başlaya bilər” – [color=red]“Times”dən sensasion iddia və açıqlamalar

“Türkiyə və Rusiya Suriyada müharibəyə başlaya bilər”.

Bu barədə İngiltərənin “Times” qəzeti yazır.

Nəşr qeyd edir ki, Türkiyə İŞİD-in nəzarətində olan Cerablus bölgəsi ilə sərhəd olan ərazilərini minalardan təmizləməyə başlayıb: “Bu, Türkiyənin qurudan hücum edə biləcəyi ehtimalını artırır. Kreml də öz növbəsində PYD ilə yaxınlaşır. Bu həftə ölkənin şimal-şərqində rus zabitlər Türkiyənin burnunun dibindəki Cerablusa hücum etmək üçün kürd gücləri ilə görüş keçirib. Rusiya, həmçinin, hərbi hava bazası qurmaq istədiyi kürdlərin nəzarətindəki Qamışlıda 200 hərbçi saxlayır”.

Türkiyə və Rusiya rəsmilərinin bir-birini sərt ittiham etmələrinə diqqət çəkən nəşr yazır ki, Ankara Rusiyanın Qamışlıda hərbi baza yaratdığını, Kreml isə Türkiyənin Suriya sərhədinə böyük qoşun yığdığını dilə gətirir.

“Şərq və Qərbdəki torpaqlarının bir-birinə bağlamağa və sərhəd boyunca uzanan təhlükəsiz ərazi yaratmağa çalışan YPG (PYD-nin silahlı gücü –red.) Cerablusa ilk dəfə ötən yazda hücum etmişdi. İndi belə bir bölgəni yarada bilmək üçün ruslar kürdlərə aktiv dəstək verir. Cerablus Rusiya üçün Türkiyənin ayağının altını qazacaq nöqtədir. Məhz buna görə Ankara YPG-nin Cerablusa girməsini özü üçün “qırmızı xətt” elan edib”, – deyə məqalədə bildirilir.

“Atlantik Şurası” beyin mərkəzinin eksperti Aron Stein bildirib ki, Rusiyanın Türkiyə maraqlarına zərbə vurduğu aydın görünür:

“Rusiya Türkiyə ilə kürdlər arasındakı qarşıdurmadan yararlanır. Kürdlər bu prosesdə öz maraqlarını güdürlər. ABŞ Rusiya və Suriya rejimi ilə münasibətlərdə ehtiyatla davranır. Hazırda kürdlərin Cerablusa hücum etmək istəkləri ABŞ-ı narahat edir. Çünki Vaşinqton YPG-ni İŞİD-i Rakkadan çıxarmaq üçün planlaşdırılan hücumda istifadə etmək niyyətindədir. Ötən ay Rakka cəbhəsində YPG-nin itkiləri azaldı, lakin Cerablus bölgəsində artdı. Bu kürdlərin diqqəti Cerablusa verdiyini göstərir”.

PYD lideri Salih Müslim “Times”a açıqlamasında deyib ki, həm Rakkaya, həm də Cerablusa girməyə hazırdırlar: “Lakin Rakkada daha çox ərəblər var və yalnız kürdlərin ora girməsi onların düşmənçiliyi ilə qarşılanacaq. Buna görə Rakkaya hücum etmək üçün daha çox ərəb müttəfiqlərinə ehtiyacımız var”.

O, öncə Cerablusa, yoxsa Rakkaya girməklə bağlı konkret fikrə gəlmədiklərini qeyd edib.

“Times” sonda baş verənləri Suriyada Türkiyə-Rusiya müharibəsinin alt bazası olaraq dəyərləndirib(Publika.az).