XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

25 Sentyabr 2019 - 00:07

Boris Conson:"Ali Məhkəmənin qərarına hörmət edirəm"

Böyük Britaniyanın Baş naziri Boris Conson “Brexit” razılaşmasını məsələsində Ali Məhkəmənin qəbul etdiyi qərara hörmət etdiyini bildirib.

Azərtac xəbər verir ki, məhkəmə qərarının prosesi çətinləşdirdiyini bildirən B.Conson, qərarın doğru olmadığını, ancaq ona hörmət etdiyini söyləyib.

Baş nazir əsas məsələnin oktyabrın 31-də Avropa İttifaqından çıxmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Ali Məhkəməsi Baş nazir Boris Consonun ölkə parlamentinin fəaliyyətinin dayandırılması barədə qərarının ölkə konstitusiyasına və hüquqa zidd olduğunu bəyan edib.