XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 14:00

Bakıda beşqat dünya çempionu qanına qəltan edildi – FOTO, VİDEO

Dünən axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb. Hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə beşqat dünya çempionu və 8 dəfə Avropa çempionu olmuş İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra 25-ci Polis Bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib(Qafqazinfo)