XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 20:55

Zurabişvili:“Regionda sülh olmadan qlobal çətinliklərin öhdəsindən gəlmək mümkün deyil”

“Gürcüstan olduqca çətin regionda əsas sabitlik adalarından biridir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı bildirib.

O deyib ki, Gürcüstan demokratik ölkələrdən biridir və iqtisadi-sosial cəhətdən inkişaf edir: “Biz kiçik millət olsaq da, həmrəyliyin vacibliyini anlayırıq. Mövqeyimizi nəzərə alaraq, biz bilirik ki, sülh olmadan qlobal çətinliklərin öhdəsindən gəlməyin mümkünsüz olduğu regionun ayrılmaz hissəsiyik”.

Dövlət başçısının sözlərinə görə, qlobal çətinliklər hərtərəfli təhlükə kimi qəbul olunacağı halda, aradan qaldırıla bilər: “Bu heç də asan deyil. Müasir dünya olduqca mürəkkəbdir və bu dünyanın çağırışlarına reaksiya vermək də çətindir. Daha sistemli yanaşma formalaşdırmaq və bütün mənzərəni anlamağa ehtiyac var”.