XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 Sentyabr 2019 - 10:50

Həmsədrlər nazirlərin Nyu-York görüşü barədə bəyanat yaydı

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda baş tutan görüşü barədə bəyanat yayıblar.

Qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) ilə görüşüblər.

Bildirilib ki, onlar ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər. /Oxu.az

Həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüş, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar, təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonrakı fəaliyyətləri barədə məlumat veriblər:

“Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirəyə davam ediblər”.

O da əlavə olunub ki, həmsədrlər yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətindədir.