XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 14:16

Lukaşenko:"Belarus Donbasda sülhməramlı qüvvələrini yerləşdirməyə hazırdır"

Belarus Donbasda sülhməramlı qüvvələrini yerləşdirməyə və tərəflərin razılığı olarsa, Ukrayna-Rusiya sərhədini nəzarətə götürməyə hazırdır.

Bu barədə ukraynalı jurnalistlərə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

A.Lukaşenko qeyd edib ki, Belarus nəzarətsiz sərhəd zonlarında baş verənlərdən narahatdır, ona görə də öz köməyini təklif edir. Belarus, həmçinin Donbasda infrastrukturun bərpasında, humanitar yardımların göstərilməsində iştirak edə bilər.

Prezident vurğulayıb ki, “vahid və bölünməz” Ukrayna mövqeyini dəstəkləyir və Donbasda münaqişənin həlli üçün konkret hərəkətlərə keçmək lazımdır. Belə ki, bu illər ərzində regionda vəziyyət ciddi surətdə dəyişib.

Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında müharibə 2014-cü ilin aprel ayından bəri davam edir. Donbasla yanaşı, Donetsk və Luqansk vilayətləri də Kiyevin nəzarətindən çıxıb(azərtac).