XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 13:08

“Həmsədrlər sübut edirlər ki, Düşənbə razılaşmaları fəaliyyət göstərmir” –Erməni politoloq

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı bunu sübut edir ki, Düşənbə razılaşmaları artıq fəaliyyət göstərmir və yeni mexanizmlər zəruridir”.

Bunu erməni politoloq Anna Karapetyan qeyd edib.

Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Nyu-Yorkdakı görüşünün nəticəsinə uyğun olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdiyi açıqlamalarda vasitəçilər vurğulayırlar ki, yay ərzində zorakılığın azaldılmasına yönəlmiş səylər müsbət qiymətləndirilir, cəbhə xəttindəki itkilərə görə təəssüf hissi keçirilir.

O qeyd edib ki, bu, həmsədrlərin tərkibində “substantiv danışıqlar” zərurəti qeyd etdiyi üçüncü bəyanatdır.

“Bu tərtib problemləri haqqında çox danışılıb. Həm Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatları görüşün heç bir nəticə vermədiyini, humanitar məsələlərin nizama salınması istiqamətində heç bir irəliləyişin olmadığını sübut edir”, – deyə Karapetyan bildirib. /Ordu.az