XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 21:05

Britaniya Zamirə Hacıyevanı Azərbaycana verməyib –Məhkəmə qərarı

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Azərbaycana ekstradisiya edilməyəcək, bu barədə qərarı Londonda məhkəmə verib.

Britaniya məhkəməsinin Britaniyanın İzaholunmaz Sərvət Sərəncamına əsasən sərvətini hardan aldığını sübut etməli olan Zamirə Hacıyeva 2018-ci ilin noyabrında Londonda həbs edilib.

O, İngiltərədə daha çox, Harrods mağazasında 16 milyon funt sterlinq xərcləmiş qadın olaraq tanınır.

O, 2006-2016-cı illər ərzində ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib elə həmin mağazanın yanında – Londonun ən bahalı ərazilərindən birində ev alıb.

O, həmçinin Berkşir qraflığında qolf kulubunu alıb.

Keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Ali Məhkəmə ona sərvətinin mənbəyini izah etməyi əmr edib – əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Onun həbsi Azərbaycan hakimiyyətinin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.

Zamirə Hacıyevanın Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunub.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Zamirə Hacıyeva məhkəmədə özünü təqsirkar saymayıb.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyir. (BBC azeri)